Xəbər lenti

Deniz Seki məhkəmə ilə razılaşmır
Ölkə17:52 06.06.2016

Deniz Seki məhkəmə ilə razılaşmır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Narkotik maddə istifadə etməkdə günahlandırılan və 6 il 3 ay müddətində azadlıqdan məhrum edilən müğənni Deniz Seki açıq cəzaçəkmə müəssisəsinə göndərilməmək üçün müraciət edib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, məhkəmə ifaçının cəzasının son 1 ilini açıq həbsxanada keçirməsini istəyib. O isə bundan imtina edib. 
Denizin ərizəsində səhhətində problem olduğu və açıq həbsxanaya getmək istəmədiyi, 1 illik cəzasını qapalı yerdə keçirmək istəyi qeyd olunub. 
Hazırda məhkəmə Sekinin bu şikayətinə baxır.
Qaynarinfo.az