Xəbər lenti

Dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edildi
Ölkə19:55 03.08.2023

Dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 4-ü uşaq olmaqla 6 nəfər xilas olunub.
Bu barədə  Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Zuğulba”, "Mərdəkan” və "Şüvəlan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4-ü uşaq olmaqla 6 nəfər xilas olunub.