
Modern.az xəbər verir ki, Qurban bayramı münasibəti ilə Maştağada böyük tədbir keçirilib. Minlərlə ailəyə qurban əti verilib.
Sabunçu rayonunun deputatı Eldar Quliyevin təşkil etdiyi Qurban Bayramı tədbirində ictimaiyyət adamları, rayonun ağsaqqalları, din xadimləri iştirak edib.
Tədbir başlamazdan öncə Modern.az saytına açıqlama verən deputat müsəlman dünyasının müqəddəs bayramlarının hələ SSR-nin qılınc oynatdığı zamanda da daim qeyd edildiyini vurğulayıb.
Maştağa, Nardaran, Zabrat və s. Bakı kəndlərinin sakinlərinin inanc sahibləri olduğunu qeyd edən E.Quliyev bildirib ki, sovet zamanı bu kəndlərdə yalnız Qurban bayramı deyil, digər müsəlman bayramları da qeyd edilib: “Bununla demək istəyirəm ki, bizim insanlar hər zaman adət-ənənələri, dinimizi qoruyub saxlayıblar. Hətta Novruz bayramını da qeyd edirdik.
Eldar Quliyevin iştirakı ilə Maştağalılara Qurban payı paylanıb.
Ətraf kəndlərə də Qurban əti göndərilib.
Qaynar.info