Xəbər lenti

Deputat Azay Quliyev seçicilərini qəbul edib (FOTOLAR)
Ölkə14:22 27.06.2018

Deputat Azay Quliyev seçicilərini qəbul edib (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin deputatı Azay Quliyev bu gün seçicilərini qəbul edib. 
Qaynarinfo xəbər verir ki, deputat seçicilərini ayrılıqda dinləyərək onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən əmlak, əfv, məşğulluq, hüquq məsələləri və digər mövzuları əhatə edib. Azay Quliyev seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxladığını və onların həlli üçün müvafiq addımlar atacağını deyib.
Deputat bildirib ki, seçicilərin ona ünvanladığı müraciətləri aidiyyatı qurumlara göndərməklə yanaşı, onların icra vəziyyətini də daim diqqətdə saxlayır.