
Ölkə parlamentində olan kişi həmkarlarımın hər dəfə görüşəndə öpüşmələri xoşagələn mənzərə deyil. Buna son qoymağın vaxtı çatıb
Milli.Az "Hraparak"a istinadən bildirir ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi Erməni Milli Hərəkatının sabiq funksioneri, hazırda Erməni Milli Konqresi Partiyasının liderlərindən olan deputat Aram Manukyan parlamentdə çıxışında həmcinslərinə müraciət edib:
"Hörmətli deputatlar, kişilərin hər gün səhər tezdən bir-biri ilə öpüşməsi son dərəcə eybəcər görünür. Bu ənənəyə son qoymağa çalışın. Məsələn, mən bizim partiyada kişilərin hər gün görüşəndə öpüşməyi qadağan etmişəm. Ali məktəblərin yanında da eyni mənzərəni görmək olar...
Yaxşı deyil! Sizin bu mədəniyyətiniz başqaları üzərinə də yayılır. Bu ənənə haradan gəlib? Gürcüstandan? Orada da kişilər bütün günü bir-biri ilə öpüşür. Bəsdirin, yetər artıq, eybəcərdir. Uşaqlara nə nümunə göstərirsiniz?"
A.Manukyanın çıxışını deputatlar "idiotizm" kimi dəyərləndiriblər.
Hakimiyyətdəki Ermənistan Respublika Partiyasından olan deputatlar isə hesab edirlər ki, A.Manukyan "gizli homoseksualist"dir: "Yalnız belələri Qafqaz ölkəsi olan Ermənistanda kişilərin görüşəndə öpüşməsini "eybəcərlik" saya bilər. Görüşərkən öpüşmək bütün Şərqdə kişilər arasında normal haldır".
Qaynar.info