Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev adıçəkilən beynəlxalq təşkilat tərəfindən fəxri medalla təltif olunub.
Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, fəxri medal QDİƏT PM-in fəaliyyətinə xüsusi töhvələr vermiş, qurumun işinin təşkilinə yaxından dəstək göstərən şəxslərə verilir.
Belə ki, mükafat Eldar Quliyevə 20-21 iyun tarixlərində Bakıda keçirilən QDİƏT PM-in ikigünlük 53-cü plenar sessiyası zamanı təqdim olunub.
Qeyd edək ki, bundan öncə QDİƏT PM-in 52-ci sessiyası Ermənistanda keçirilimiş və həmin sessiyada Eldar Quliyev fəxri medaldan imtina etmişdi.