Xəbər lenti

Deputat:
Ekonomiks 13:58 21.11.2023

Deputat: "Məktəblərdə kiçik siniflər dövlət hesabına isti yeməklə təmin olunsun"

"Biz artıq məktəblərdə qidalanmanı dövlət nəzarətinə götürməliyik".

Qaynarinfo xəbər verir ki, bu sözləri parlamentin plenar iclasında deputat İltizam Yusifov bildirib. Deputat qeyd edib ki, bu yaxınlarda məktəblilər dönərdən kütləvi zəhərləndi:

"Bu cəmiyyətdə, sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Kiçik siniflər və imkansız ailələrin uşaqları dövlət hesabına isti yeməklə təmin olunmalıdır. Bunu icbari tibbi sığorta kimi ilk olaraq pilot layihə kimi bir neçə rayon və şəhərdə başlayıb, sonradan ölkənin bütün məktəblərinə tətbiq edə bilərik".

Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->