Xəbər lenti

Deputat Obamanı təhqir etdi - FOTO
Dünya12:56 16.09.2013

Deputat Obamanı təhqir etdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ pezidenti Barak Obama və xanımı Mişel Obamanın bananın fonunda çəkilmiş şəkli etirazla qarşılanıb.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, bir müddət öncə Dövlət Dumasının deputatı İrina Rodnina “Twitter” hesabında Obamayla xanımının bananın fonunda fotosunu paylaşıb. Bununla əlaqədar olaraq Dumanın vitse – spikeri, Liberal Demokratik Partiyasının üzvü İqor Lebedev Dumanın Etika üzrə Komissiyasına müraciət etmək fikrindədir. Bu barədə “Kommersant” yazıb.

“Şəxsən, mənim Rusiya Federasiyasının vətəndaşı kimi haqqım var ki, bu barədə Dumanın Etika üzrə Komissiyasına müraciət edim. Çünki İrinanın hərəkəti haqda ölçü götürülməlidir”, - İ.Lebedev bildirib.

İ.Rodnina prezidentlə xanımının bananla fotoşop edilmiş şəklində heç bir etikasızlığın olmadığını söyləyib.

Qeyd edək ki, Barak Obama ilə Mişel Obamanın bu şəkli 2011-ci ildə basketbol matçlarından birində çəkilib.

Qaynar.info