Xəbər lenti

Deputat: "Qarşıdakı illərdə su qıtlığı ilə üzləşə bilərik"
Ekonomiks07:49 16.02.2024

Deputat: "Qarşıdakı illərdə su qıtlığı ilə üzləşə bilərik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ölkəmizdə su təchizatı və suya olan tələbat, yaxud ehtiyaca dair proqnozlar təəssüf ki, o qədər də pozitiv deyil. Çünki qarşıdakı illərdə su qıtlığı ilə üzləşə bilərik". 
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib. 
Deputat qeyd edib ki, bu, obyektiv bir prosesdir, bütün dünyada izlənən tendensiyadır.
"Azərbaycanın da inkişafda olan ölkə və bu dünyanın bir parçası olaraq suya tələbatı getdikcə artmaqdadır. Birincisi, əhalimizin sayı sürətlə çoxalır. İkincisi, iqtisadiyyat böyüyür. İstehsal sahələri genişlənir və bu, həm içməli, həm də texniki suya olan ehtiyacı dəfələrlə artırır. Hökumətin bu problemin çözülməsi ilə bağlı həyata keçirəcəyi tədbirlər təbii ki, mövcuddur. Mən bu kontekstdə təklif edərdim ki, misal üçün, dəniz suyunun təmizlənməsi, yaxud çay sularının filtrasiyasi prosesində, hansı ki, bu gün dünyada uğrula sınaqdan çıxarılır - özəl sektorun iştirakına şərait yaradılsın. Düşünürəm ki, bu, həm dövlətə kömək və dövlət yükünün azaldılmasına, həm də prosesin sürətlənməsinə və məntiqlə, bizi gözləyən çətinliklərin daha operativ həllinə şərait yaratmış olar". 
Qafqaz Rafiqoğlu