Xəbər lenti

Deputat Solovyovu məhkəməyə verdi: Yenə yalan, yenə böhtan
Dünya09:47 08.12.2020

Deputat Solovyovu məhkəməyə verdi: Yenə yalan, yenə böhtan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moskvanın Savelovski məhkəməsi 15 fevralda Moskva Şəhər Dumasının deputatı Kommunist Partiyası fraksiyasından Pavel Tarasovun şərəf və ləyaqətinin qorunması iddiasının əsasını araşdıracaq. 
Qaynarinfo xəbər verir ki, təqsirləndirilənlər VQTRK (Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti) və televiziya aparıcısı Vladimir Solovyovdur.
Pavel Tarasovun "Kommersant"a verdiyi məlumata görə, məhkəmə iclasında yalnız Solovyovun nümayəndəsi iştirak edib, ancaq nə VQTRK nümayəndələri, nə də televiziya aparıcısının özü iclasa gəlib.
Nəşr qeyd edib ki, millət vəkili 2019-cu ilin avqust ayında Moskva Şəhər Dumasına seçkilərdən əvvəl "Tam Əlaqə” («Полный контакт») proqramında yayımlanan məlumatların yanlış olmasını sübut etməyə çalışır. Həmin vaxt Solovyov Telegram kanallarından Pavel Tarasovun sərxoş sürücülük etdiyi üçün sürücülük vəsiqəsindən məhrum edildiyi barədə bəzi məlumatlar səsləndirib. Deputat özü sərxoş vəziyyətdə sürücülük etdiyini və bu hüquq pozuntusuna görə vəsiqəsinin alınması faktını rədd edib.
O, iddiasının dəfələrlə geri qaytarılmasına çalışıldığını, lakin yekunda işin baxılması üçün qəbul edildiyini açıqlayıb.
İddiaçı, cavabdehdən Vladimir Solovyov ilə "Tam Əlaqə” proqramında ö fikirlərini təkzib etməsini və bunu həm də "Yutub”da yerləşdirilməsini tələb edir. Millət vəkili həmçinin müttəhimə qarşı 1 milyon rubl təzminat da irəli sürüb.
Alpər