Şamaxının millət vəkili Elxan Süleymanov rayon məktəblərinin yüksək balla ali təhsil müəssisələrinə daxil olmuş məzunlarını mükafatlandırıb. Qaynar.info-nun məlumatına görə, sentyabrın 9-da millət vəkili Elxan Süleymanov Şamaxıdakı qərargahında rayon tam orta məktəblərinin yüksək balla ali təhsil müəssisələrinə daxil olmuş məzunları ilə görüşüb. Görüşdə millət vəkili tələbə adını qazanmış gəncləri təbrik edib, onlara tövsiyyələrini verib. Qeyd edək ki, Şamaxı tam orta məktəblərinin 7 məzunu 600-dən çox bal toplaya bilib. Bu gənclərdən üçü Şamaxı rayon 5 saylı tam orta məktəbin, ikisi Əngəxaran kənd tam orta məktəbinin məzunlarıdır. Aqil Eyyubov Türkiyə Yıldız Teknik Universitetinə, Ülvi Əsgərov və Müşfiq Yahya Qafqaz Universitetinə, Çinarə Tağıyeva və Kamran Mikayılov Bakı Dövlət Universitetinə, Təhminə Abdullayeva Prezident Yanında İdarəçilik Akademiyasına, Arzu Fətəlıyeva Tibb Universitetinə daxil olub. Görüşdə M.Ə.Sabirn yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinin qalibləri və son iki ildə yüksək balla ali təhsil müəssiələrinin məzunları iştirak ediblər. M.Ə.Sabirn yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinin keçirilməsi Şamaxının yeniyetmə və gənclər arasında dahi şairin yaradıcılığının təbliği, görkəmli şairin yaradıcılığının tədris prosesində təbliğinə metodiki dəstək vermək, tədris prosesində fəal şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirmək məqsədi daşıyır. Şamaxının millət vəkilinin təşəbbüsü, habelə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Söz Azadlığını Müdafiə Fondu tərəfindən 2011-2013-cü illərdə keçirilmiş Mirzə Әləkbər Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqələrinin 33 qalibinə və 2011-2012-ci illərdə yüksək balla ali məktəblərə daxil olmuş 14 tələbəsinə müllət vəkilinin təsis etdiyi aylıq təqaüdlər verilir. Tədbirin yekununda Şamaxının millət vəkili Elxan Süleymanov yeddi məzuna qiymətli hədiyyələr və təqaüdləri təqdim edib.