Xəbər lenti

Deputatdan həmkarına tənqid
Ölkə09:39 31.05.2021

Deputatdan həmkarına tənqid

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev həmkarı Kamal Cəfərov tənqid edib.
Q.Həsənquliyevin tənqidinə səbəb K.Cəfərovun dövlət qulluqçusu ilə deputat statusunu eyniləşdirmək cəhdi olub.
Q.Həsənquliyev qeyd edib:
"Dövlət qulluğu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı dövlət qulluqçularının hər 5 ildən bir imtahan verərək sertifikat alması ilə bağlı məsələyə toxundum. Deputat Kamal Cəfərov isə mənə cavabında Milli Məclisin deputatlarının da 5 il müddətinə seçildiyini qeyd etdi”.
Q.Həsənquliyev həmkarını deputatla dövlət qulluqçusunun səlahiyyətlərini ayırd edə bilməməkdə təqsirləndirib:
"Parlament seçkili orqandır, deputatlar xalq tərəfindən seçilirlər və mütəmadi xalq qarşısında hesabat verirlər. Deputatla dövlət qulluqçusunu eyniləşdirmək düzgün yanaşma deyil”. /Oxu.az