Xəbər lenti

Deputatın oğlu Eynulla Fətullayevin videosunu yaydı - VİDEO
Ölkə09:30 24.04.2014

Deputatın oğlu Eynulla Fətullayevin videosunu yaydı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Jurnalist Eynulla Fətullayevə məxsus saytların nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu haqda silsilə yazılarla çıxış etməsi tərəfləri “müharibə” vəziyyətinə gətirib. 

Bu yazılarda və videogörüntülərdə deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olduğu bildirilən bahalı maşınlardan, onun öz dostları ilə sürət yarışına çıxmasından bəhs edilir.

Modern.az saytının məlumatına görə, deputat oğlu Aynar Məmmədov Eynulla Fətullayevə cavab olaraq sosial şəbəkələrdə ANS TV-də bir müddət əvvəl jurnalist barəsində yayımlanmış "Bədbəxt adam" telesüjetinin videorolikini yayıb.

“Vətən xainlərini tanımalıdır. Eynulla Fətullayev barəsində Mirşahin Ağayevin "Bədbəxt adam" filmi”-deyə Aynar Məmmədov paylaşdığı videoçarxa şərh də yazıb. Dostları isə onun bu statusunu bəyənməklə dəstəkləyiblər...

Qaynar.info