
Millət vəkili Aydın Mirzəzadə "Facebook" səhifəsində oğlunun cərimələnməsindən yazıb.
Qaynar.info həmin statusu olduğu kimi təqdim edir: "Dünən oğlum küçəni lazım olmayan yerdən keçdiyinə görə 20 manat cərimə olunub. Danlamadım, ödəmək üçün pulu sakitcə oğluma verəndə üzümə baxıb gülümsədi və dedi ki, başa düşdüm”.
Qaynar.info