Xəbər lenti

Deputatın səhhəti qəfil pisləşib
Ölkə09:19 15.07.2013

Deputatın səhhəti qəfil pisləşib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) təmsil olunan deputatı Tahir Rzayevin səhhətində qəfil problem yaranıb.

Bu barədə publika.az-a deputat T.Rzayev özü məlumat verib. 

Gözlərində problem yarandığını vurğulayan T.Rzayev hazırda həkim müayinəsində olduğunu söyləyib: "Gözlərimdə problem bu ayın 13-də Türkiyədən qayıdandan sonra yarandı. Özümü yaxşı hiss etmirəm, artıq Göz Klinikasında həkim müayinəsindən də keçmişəm. Hələlik problemin təzyiq və ya şəkər olma ehtimalı ilə əlaqəli olduğu deyilir".

Xatırladaq ki, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü olan Tahir Rzayev 82 saylı Ağcabədi seçki dairəsindən deputat seçilib. 

Qaynar.info