Xəbər lenti

Deputatlar tətildən qayıtdı
Ölkə05:43 31.08.2020

Deputatlar tətildən qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin (MM) deputatları bu gün - avqustun 31-də tətildən qayıdıblar.
Qaynarinfo xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.
Avqustun 30-u istirahət gününə düşdüyündən deputatlar bu gün, yəni avqustun 31-dən işə başlayırlar. Parlamentin komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq. MM-in payız sessiyası sentyabrın 30-da başlanacaq və dekabrın 30-dək davam edəcək.