Xəbər lenti

Dərmanlar niyə yoxa çıxıb? (AÇIQLAMA)
Sağlamlıq07:16 13.10.2023

Dərmanlar niyə yoxa çıxıb? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət tərəfindən uşaqlara boyun artırılması məqsədi ilə verilən Norditropin preparatı "yoxa çıxıb”.
Qaynarinfo xəbər verir ki, bu barədə həkim Aydın Əliyev məlumat verib. 
O, bu məsələdə TƏBİB-i ittiham edib. "Artıq 2 aya  yaxındır ki, boyu qısa olan uşaqların boyunu artırmaq üçün dövlət tərəfindən verilən, büdcədən pul ayrılan bahalı Norditropin preparatı (Somatotrop hormon, somatropin) TƏBİB tərəfindən xəstələrə verilmir. Dərmanın qiyməti  təqribən 200 AZN-dir. Daha doğrusu "öz adamlarına” verilir, yüzlərlə ehtiyacı olan uşaqlara isə "naməlum” və "qaranlıq” səbəblərdən verilmir”. 
Aydın Əliyev preparatın qələm şəklində olduğunu qeyd edib:
"Bu preparatın təqribən həftədə 1 flakonu uşağa inyeksiya edilməlidir. Beləliklə, hazırki iqtisadi çətin durumda olan əksər valideynlər öz övladlarını bu preparatla təmin etmək üçün ayda 800-1000 manat pul xərcləməlidirlər! Bu insanlar çox çətin duruma düşüblər”. 
Bahar Rüstəmli