Dərnəgül tikinti bazarında fəaliyyət göstərən sahibkarlar "Abşeron” Ticarət Mərkəzinə köçürəcək.
Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, ticarət mərkəzində hazırda tam aktiv olan taxta-metal bazarının sahəsi genişləndirilərək 200 hektara çatdırılacaq.
Qeyd edək ki, Lökbatan qəsəbəsində yerləşən "Abşeron” Ticarət Mərkəzi 2022-ci ildən fəaliyyətə başlayıb.
Onu da qeyd edək ki, Dərnəgül tikinti bazarının söküləcəyi barədə ilk xəbəri Qaynarinfo yayıb.