Xəbər lenti

Dərslər sentyabrın 1-də başlayacaq? - MÜNASİBƏT
Ölkə11:25 06.08.2013

Dərslər sentyabrın 1-də başlayacaq? - MÜNASİBƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil Nazirliyi yeni tədris ilinin sentyabrın 1-dən başlanması barədə təklifə münasibət bildirib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirib ki, yeni tədris ilinə ənənəvi olaraq sentyabrın 15-dən başlanacaq. Ancaq 15 sentyabr bazar günü olduğu üçün dərslərə sentyabrın 16-dan start veriləcək.

Qeyd edək ki, Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa yeni təşəbbüslə çıxış edərək, "1 sentyabrdan hamı məktəbə!" kampaniyasına başlayıb.

Qaynar.info