Xəbər lenti

Dərsliklərin son qaytarılma tarixi məlum oldu (RƏSMİ)
Ölkə12:30 07.06.2021

Dərsliklərin son qaytarılma tarixi məlum oldu (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhsil Nazirliyi 2020-2021-ci tədris ilinin yekununa dair orta məktəblərdə təhsil alan şagirdlərə verilən dərsliklərin geri qaytarılması vaxtını açıqlayıb. 
Nazirliyin mətbuat xidmətidən Qaynarinfo-ya bildirilən məlumata görə, təhsil qaydalarına əsasən yay məktəblərində iştirak edən şagirdlər dərsliklərini yay məktəbinin son günü qaytaracaqlar:
"Yay məktəblərində iştirak etməyən şagirdlər isə dərslikləri dərs ilinin sonuncu dərs günü təhvil verəcəklər. Dərsliklər sonuncu dərs günü iyunun 14-də məktəblərə geri qaytarılmalıdır".
Bahar Rüstəmli