Xəbər lenti

"Dərviş"in direktorundan "Kino Agentliyi”nin yaradılmasına münasibət
Sənət13:43 20.04.2022

"Dərviş"in direktorundan "Kino Agentliyi”nin yaradılmasına münasibət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Kinematoqrafçılar İttifaqı Agentliyin yaradılmasını ürəkdən alqışlayır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Dərviş Prodüsser Mərkəzinin direktoru Əli İsa Cabbarov "Azərbaycan Respublikasının Kino Agentliyi”nin yaradılması ilə bağlı fərmanı şərh edərkən deyib. O, sözü gedən layihənin hazırlanmasında İttifaq olaraq iştirak etdiklərini vurğulayıb:
"Cənab prezident "2008-2018-ci ildə kinematoqrafiyanın inkişafı Dövlət proqramı sənədini də qəbul etmişdi. Təəssüf ki, əlaqədar şöbələr proqramın realizasiyasını tam olaraq həyata keçirə bilmədi. Agentliyin yaranması kinomuzun inkişafı üçün lazımi səlahiyyətlərin və müstəqilliyin formalaşması üçün çox vacibdir. Agentlik bir rıçaqdır, ondan necə istifadə olunacağını tarix göstərəcək”.
Əli İsa Cabbarov bildirib ki, kino ictimaiyyəti Agentliyin heyəti ilə kinonun inkişafı naminə dostcasına bir yerdə işləməlidir:
"Agentliyin verdiyi imkanlardan tam olaraq istifadə etməliyik”.
Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.
Bahar Rüstəmli