"Manatın məzənnəsinə əlavə basqılar artıb".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Milli Məclisə təqdim olunan 2021-ci il dövlət büdcəinin layihəsini şərh edərkən deyib. Onun sözlərinə görə, gələn il üçün dövlət büdcəsidə devalvasiyanın ilkin siqnallarını görmək mümkündür:
"Əslində büdcə ilə bağlı Maliyyə Nazirliyinin açıqlaması da var və o bu gün mətbuatda yayılıb. Bu açıqlamaya görə, məzənnəyə basqılar artıb. Bunlar neftin qiymətləri ilə əlaqəli məsələlərdir. Yəni, neft qiymətlərinin son bir ildə kifayət qədər düşməsi təsir göstərir, həm də qonşu ölkələrimiz. Ticarət tərəfdaşları olduğumuz ölkələrdə milli valyutaların dəyərdən düşməsi idxalı stimullaşdırıcı bir addıma çevirilib. Ona görə də manatın məzənnəsinə əlavə basqılar yaradır. Bu gün açıqlanan ilkin layihədə bəzi parametlərə baxdıqda və Maliyyə Nazirliyinin manatın məzənnəsinə aşağıyönlü basqıların artdığı xəbərinə fikir versək, onda gələn il üçün dövlət büdcəsidə ola biləcək devalvasiyanın ilkin siqnallarını görmək mümkündür".
Bahar Rüstəmli