
İngiltərənin "Everton" komandasının baş məşqçisi Devid Moyes "Maneçster Yunayted" klubuna başçılıq etməyə razılıq verib.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, 50 yaşlı Moyes yeni vəzifəsində Aleks Ferqyusonu əvəz edəcək.
Qeyd edək ki, Ferqyuson mövsüm başa çatdıqdan sonra məşqçilik karyerasına yekun vuracağını bəyan etmişdi.