Xəbər lenti

Diktor nazirin adını deyə bilmədi, prezidenti gülmək tutdu - VİDEO
Dünya07:40 06.04.2017

Diktor nazirin adını deyə bilmədi, prezidenti gülmək tutdu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kuryoz hadisə rəsmi sənədlər imzalanan zaman olub
Kremlin əsas diktoru dinləyicilərini və prezident Vladimir Putini güldürüb. "Qaynar" İstipress-ə istinadən xəbər verir ki, kuryoz hadisə Rusiya ilə Özbəkistan arasında sənədlərin imzalanması zamanı yaşanıb. 
Diktor Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin soyadını deyə bilməyib. Dili topuq vuran diktor bir neçə dəfə səhv edib. 
"Rusiyanın daxili işlər naziri Vladimir Ko..., Vladimir Aleksandriviç K... Tfu, bağışlayın" deyərək o üzrxahlığını dilə gətirib. O, üçüncü cəhddən nazirin soyadını səsləndirə bilib. Bu isə həm rəsmi imzalanma mərasiminə toplaşanların, o cümlədən iki ölkə prezidentinin gülüşünə səbəb olub. 
Qaynar.Az