Xəbər lenti

Dilqəm Əsgərovun həyat yoldaşı danışdı - VİDEO
Ölkə08:56 23.07.2014

Dilqəm Əsgərovun həyat yoldaşı danışdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, bu gün ermənilər tərəfindən girov götürülmüş şəxlərin qohumları və ailə üzvləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı ofisinin qarşısına toplaşıblar.

Qaynar.info azxeber.com-a istinadən xəbər verir ki, aksiya zamanı Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova çıxış edərək ərinin azad olunmasını tələb etdiyini söyləyib.

Qeyd edək ki, aksiya iştirakçıları girovların azadlığa buraxılmayacağı təqdirdə evlərinə getməyəcəklərini deyiblər.

Qaynar.info