Xəbər lenti

DİM: 2 şagird buraxılış imtahanından xaric edildi
Ölkə11:46 06.03.2022

DİM: 2 şagird buraxılış imtahanından xaric edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Dövlət İmtahan Mərkəzi martın 6-da respublikanın 16 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Mərkəzdən Qaynarinfo-ya verilən xəbərə görə, 2 şagirddə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
İmtahanda iştirak etmək üçün sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, etibarlılıq müddəti başa çatan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.