Xəbər lenti

DİN-dən İsgəndər Həmidovun saxlanılması ilə bağlı- AÇIQLAMA
Ölkə11:30 29.05.2013

DİN-dən İsgəndər Həmidovun saxlanılması ilə bağlı- AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün bəzi yerli KİV-lərdə Nərimanov rayonunda yerləşən Montin bağında sabiq daxili işlər naziri İsgəndər Həmidovunun tutulması ilə bağlı məlumatlar dərc olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən SalamNews-a bildirilib ki, İsgəndər Həmidovun polislər tərəfindən həbs olunması ilə bağlı araşdırma aparılır. Məlumatlar tam dəqiqləşdirildikdən sonra ictimiayyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, İsgəndər Həmidovu müşayiət edən Eldar Tağıyev deyib ki, "bozqurdçu” çayxanada oturub söhbət etdiyi vaxt onlara yaxınlaşan şəxslər, “polis” qışqıraraq onları yerə yıxıb, İsgəndər Həmidovun isə qollarını buraraq maşına otuzdurublar. E.Tağıyev onların ya MTN-dən, ya da DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə idarəsindən olduqlarını ayırd edə bilmədiklərini deyib.

Qaynar.info