Xəbər lenti

DİN-dən polkovnikin oğlunun ölümü ilə bağlı açıqlama
Ölkə08:24 05.08.2016

DİN-dən polkovnikin oğlunun ölümü ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi sabiq polis rəisi, polis polkovniki Möhübbət Hüseynovun oğlunun ölümü ilə bağlı məlumat yayıb.

Qaynarinfo.Az DİN-in saytına istinadən xəbər verir ki, avqustun 4-də saat 19 radələrində İmişli rayonunun Allahmədətli kəndində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “Range Rover” markalı avtomobili aşırıb.

Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Qaynarinfo.Az