Xəbər lenti

DİN-dən "Gelandewagen"lə yarışan "Mazda”nın sürücüsü bağlı açıqlama
Ölkə09:43 05.08.2017

DİN-dən "Gelandewagen"lə yarışan "Mazda”nın sürücüsü bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda dəhşətli qəzaya səbəb olan "Gelandewagen"lə yarışan "Mazda”nın sürücüsünün kimliyi məlum oldu.

"Qaynarinfo" xəbər verir ki, BakuPost.az-ın əməkdaşı məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovdan açıqlama alıb. Qurum rəsmisi digər sürücünün kimliyinin istintaqa məlum olduğunu deyib:

""Mazda”nın sürücüsünün kimliyi istintaqa məlumdur. Cinayət işi açılıb. İstintaq gedir. Ağır yol nəqliyyat hadisəsinin bütün təfərrüatları araşdırılacaq və qanun çərçivəsində hüquqi qiymət veriləcək”.

E. Zahidov "Mazda”nın sürücüsünün K. Heydərovun qardaşı olması xəbərini təkzib edib: "Bu yalan məlumatdır, şayiədir. Həmin avtomobil Səməd Heydərova məxsus deyil”.

Qaynarinfo.Az