Xəbər lenti

DİN Kamil Musəvi ilə bağlı araşdırmaya başladı (VİDEO)
Ölkə10:36 07.02.2020

DİN Kamil Musəvi ilə bağlı araşdırmaya başladı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi (DİN) 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı baş verən insidentlə bağlı araşdırma aparacaq.
Bu barədə  Qaynarinfo-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı nazirlik tərəfindən araşdırmalara başlanılacaq.
Qeyd edək ki, fevralın 6-da 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd F.Ağamalının Salyan rayonunun Qarabağlı kəndində seçicilərlə görüşündə insident baş verib.
F.Ağamalı  deyib ki, deputatlığa namizəd Kamil Müsəvi müxtəlif bölgələrdən gətirdiyi insanlar ilə birlikdə aqressiv şəkildə üzərinə hücum edib. Sözügedən insidentin görüntüləri sosial şəbəkələrdə də yayılıb.
<iframe allowfullscreen="" frameborder="0" height="360" scrolling="no" src="//bax.tv/player/92642.html" width="640">