Xəbər lenti

DİN partlayışla bağlı məlumat yaydı - 3 nəfər yaralanıb
Ölkə09:16 25.04.2016

DİN partlayışla bağlı məlumat yaydı - 3 nəfər yaralanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi ötən gün Bakıda baş verən partlayış barədə məlumat yayıb.

Qaynarinfo.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən banklardan birinə məxsus ümumi sahəsi 80 kv/m olan nasosxanada qeydə alınıb.

Partlayış nəticəsində 40 kv/m ərazi uçub. Hadisə zamanı ərazidən keçən Bakı şəhər sakinləri – Gülxar Quliyeva, Namiq Səmədov və Əli Babayev xəsarət alıblar. Xəsarət alanlara yerində ilkin tibbi yardım göstərilib.

Baş verən partlayış nəticəsində çoxlu sayda avtomobilə ziyan dəyib, bir gözəllik salonu, bir aptek və bir evin pəncərələri sınıb. Faktla bağlı araşdırma aparılır.

Qaynarinfo.az