Xəbər lenti

DİN: "Piyadanı vuran polis olmayıb"
Ölkə11:50 25.10.2014

DİN: "Piyadanı vuran polis olmayıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 24-də Bakıda piyadanın ölümü ilə nəticələnən qəzanı törədən şəxs polis əməkdaşı olmayıb. Bunu ANS PRESS-ə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə deyib. 

DİN mətbuat xidmətinin məlumatına görə, qəza Nərimanov rayonunun A.Nemətulla küçəsində baş verib. 

Bakı şəhər sakini Rahim Əsədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 45-50 yaşlı kişini vurub. O.Mansurzadənin sözlərinə görə, R.Əsədov paytaxt kafelərindən birinin işçisi olub. 

Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin Saatlı rayon sakini Şirvan Səmədov olması müəyyən edilib.

Qaynar.info