Xəbər lenti

DİN səs-küylü cinayətlə bağlı məlumat yaydı
Ölkə08:52 23.04.2016

DİN səs-küylü cinayətlə bağlı məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi Badamdar qəsəbəsindəki “Bulaq” restoranındakı güllələnmə ilə bağlı məlumat yayıb.
Qaynarinfo.az xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aprelin 21-də paytaxtın Səbail rayonu ərazisində Bakı şəhər sakinləri Fuad Əkbərova və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub, hadisə zamanı istifadə edilən "Revolver" tipli tapança və 5 ədəd patron götürülüb.
Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci, 221-ci və 228-ci maddələri ilə cinayət işi başlanıb.
Qaynarinfo.az