Xəbər lenti

Din və astrologiya: ziddiyət, yoxsa... (ŞƏRH)
Ölkə08:55 28.07.2017

Din və astrologiya: ziddiyət, yoxsa... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bəzən astroloqların, özünü "öncəgörən" adlandıranların proqnozları gündəmə çevirilir, günlərlə müzakirə mövzusu olur. XVI əsrdə yaşamış Nostradamusun (Michel de Nostredame) proqnozları hələ də öz aktuallığını qoruyur, tez-tez gündəmə gəlir. Ötən əsrin əvvəllərində doğulmuş bolqar "öncəgörən" Vanqa (Vangelia Pandeva Dimitrova) və verdiyi proqnozlar hələ də aktualdır.

Müasir dövrdə də astroloqlara inananların, gündəlik həyatlarını onların proqnozlarına uyğun quranların sayı kifayət qədərdir. Bir çox insan, xüsusən xanımlar günə başlamazdan ulduz falına baxır, həmin gününü ona uyğun yaşamağa çalışır.

Ümümiyyətlə astrologiya nədir? Bu elmin kökü hara gedib çıxır? Bununla bağlı müraciət etdiyimiz tanınmış astroloq Səbuhi Rəhimli bildirir ki, astrologiya tarixi olan elmdir:

"Astrologiya ulduzların göydəki hərəkətinə müvafiq olaraq yerdə baş verə biləcək hadisələrin istiqamətini müəyyənləşdirə bilir. Ümumiyyətlə enerji təbiətdə çox böyük əhəmiyyətə malikdir. Fizikada da var, bu xassə, enerji itmir, formasını dəyişib geri qayıdır. Ötürülür, kosmosa gedir və oradan insana geri dönür. Mən özüm gündəlik həyatda qarşıma pis insan çıxanda, başıma hər hansı bir iş gələndə fikirləşirəm ki, nəyisə düz eləməmişəm. Çünki bu birmənalı şəkildə belədir: insan ətrafında baş verən bütün hadisələri özü formalaşdırır. Bütün elmlər insanın özünü dərk etməsinə xidmət edir. Astrologiya da birbaşa özünüdərklə bağlıdır. Astrologiyanı biləndə insan özü üçün uğurlu və uğursuz zaman kəsiklərindən ziyansız çıxmağa, özünü sözün əsl mənasında tanımağa nail olur. Astrologiya qəzetlərdə yazılan proqnozlar deyil. Astrologiya hər insanın doğum ili, ayı, günü, saatına uyğun çox geniş şəkildə işlənən, hazırlanan xəritələr nəticəsində müəyyən olunan şərhlərdən ibarətdir". 

Din və astrologiya bir-biri ilə nə dərəcədə ziddiyyət təşkil edir? Astroloqun fikrincə, ikisi arasında sadəcə bir ziddiyət var: "Mən dini dərindən araşdırmışam və astrologiyanı təkzib edən, ya da ümumiyyətlə onun əleyhinə bir dənə də olsun cümlə tapmamışam. Hətta Quranda astrologiyaya aid ayələrə belə rast gəlmək mümkündür. Və kitablarımın hamısında girişdə bu haqda yazıram. Əslində din və astrologiya arasında cəmi bir ziddiyyət var. Dini ehkamlarda bildirilir ki, insan özünü dərk edə bilməz. Astrologiyada isə deyilir ki, insan özünü dərk edə bilər. Bundan başqa heç bir ziddiyyət yoxdur. Mövlanənin bir sözü var: "Özünü dərk edən Allahı dərk edər". 

Bəs Səbuhi Rəhimlini bu sahəyə gətirən səbəb nədir? Müsahibimiz bunu dövrün tələbləri ilə izah edir: "Mən astrologiyanı bir növ meydana girmək üçün seçdim. 90-cı illərdən başlayaraq falçıların geniş fəaliyyəti başlamışdı. Hamı işni fal, ekstrasens, cadu-piti ilə həll edirdi. Hətta falçının filan şey olmayacaq, bu alınmayacaq sözüylə intihar edən, dəlixanaya düşən insanlar tanıdım. Ondan sonra qərar verdim ki, onların “nəfəsini kəsəcəm”. Öyrənməyə başladıqca çox sualların cavabını tapdım. Bu müddətdə də “öncəgörən”lərin fəaliyyəti genişləndi. Artıq televiziya verlişlərinin hər mövzusunda “başbilən” olmuşdular. Axır ki, Mübariz Qurbanlı falçılığın qadağan edilməsini təklif etdi, mən də öz növbəmdə çıxdığım verilişlərdə mübarizə apardım və bu günkü nəticəyə görə deyə bilərik ki, bacara bilmişik". 

Səbuhi Rəhimli həm də siyasi çıxışları ilə diqqəti çəkir. O, bunun səbəbini belə izah edir: "Gəncliyim 90-cı illərə təsadüf edir. O dövrdə baş verən gərgin siyasi hadisələrin, münaqişələrin, müharibələrin canlı şahidi, iştirakçısı olmuşam. Aldığım psixoloji travmalar, gördüklərim, eşitdiklərim, qısaca təcrübələrim mənə hadisələrin gizli tərəfini görməyə, analiz etməyə şərait yaradır. Görəndə də susmaq olmur. Baxırsan ki, ekranda gördüklərinlə həyatda gördüklərin nəyinki üst-üstə düşmür, hətta dəxlisiz şeylərdi".

Nərmin Həsənli

Qaynarinfo.Az