Xəbər lenti

DİN vətəndaşlara müraciət etdi (FOTO)
Ölkə10:09 02.01.2024

DİN vətəndaşlara müraciət etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.
Müraciətdə deyilir:
"Azərbaycan tarixdə ilk dəfə yeni ilə bütöv, ərazi bütövlüyü tam bərpa edilən dövlət kimi daxil oldu. Vətənimizə xidmətdən qürur duyuruq.
Xidmətimiz quruda, suda, havada, metro stansiyalarında, yollarda gücləndirilmiş rejimdə davam edir. İstirahət günlərinin təhlükəsiz şəraitdə keçməsi üçün daxili işlər orqanlarının hər bir əməkdaşı əzmlə, fədakarlıqla, fasiləsiz çalışır.
Xahişimiz ondan ibarətdir ki, hər bir şəxs ictimai qaydaya əməl etməli, digər şəxslərin hüquqlarına hörmətlə yanaşmalıdır. Təhlükəsizlik fərdi məsələ deyil, hər kəsin əməl etməli, qorumalı olduğu dəyərdir, niyyətdir”.