Xəbər lenti

Direktor olmaq istəyənlərə İMKAN
Ölkə10:24 12.01.2017

Direktor olmaq istəyənlərə İMKAN

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti iki elmi müəssisəsində direktor vəzifəsini tutmaq üçün seçkilər elan edib.

AMEA-dan Qaynarinfo.Az-a verilən məlumata görə, seçkilər nəticəsində Humanitar Elmlər Bölməsi üzrə Folklor İnstitutu və İctimai Elmlər Bölməsi üzrə İqtisadiyyat İnstitutuna yeni direktorlar təyin olunacaq.

AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsinə dair sənədləri (2 nüsxədə) elan dərc edildiyi gündən 1 (bir) ay müddətində AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir.

Qaynarinfo.Az