Xəbər lenti

DNT analizi təsdiqlədi: “Taliban” lideri öldürülüb
Dünya18:47 29.05.2016

DNT analizi təsdiqlədi: “Taliban” lideri öldürülüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pakistanın Dazili İşlər Nazirliyi bildirib ki, “Taliban” hərəkatının lideri Molla Axtar Mansurun məhv edildiyi DNT analizi vasitəsilə təsdiqlənib. Musavat.com xəbər verir ki, məlumatı “Fox News” yayıb. 
Nazirlik bildirib ki, ABŞ-a məxsus pilotsuz aparatın məhv etdiyi şəxsin DNT analizləri onun meyitini götürməyə gələn yaxın qohumundan götürülmüş nümunələrlə uyğun gəlib. 
Məlumata görə, meyitin zahiri tanınması mümkün olmayıb, üzərindən tapılan sənədlər isə Vəli Məhəmməd adlı şəxsə aid olub. 
Qeyd edək ki, Molla Axtar Mansurun ABŞ-ın hava zərbələri nəticəsində öldüyünü “Taliban”ın rəsmi nümayəndəsi də təsdiqləyib. 
Qaynarinfo.az