Bakıda məşhur "Doctor Of Laboratories” şirkəti cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, MMC-nin ünvanına 99JM297/10ZJ446 nömrəli nəqliyyat vasitəsi ilə "Şiqrovskoe Akçionerneo Obşestvo Qeomaş” şirkətindən göndərilmiş mallara dair qısa idxal bəyannaməsi gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada gömrük orqanlarına təqdim edilməyib.
Buna görə, şirkət barəsində protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 1500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Rauf Əhmədov Əlisa oğludur.
Əhməd