Xəbər lenti

Dövlət Komissiyasında yeni təyinat (FOTO)
Ölkə12:17 09.07.2024

Dövlət Komissiyasında yeni təyinat (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında yeni təyinat olub.
Qaynarinfo qurumun saytına istinadən xəbər verir ki, Dövlət Komissiyasının katibi vəzifəsinə Qəzənfər Rövşən oğlu Əhmədov təyinat alıb.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü Rövşən Əhmədov Bakıda anadan olub.
Bu təyinatadək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) direktor, Dövlət Təhlükəsizliyi Xidmətində Xidmət rəisinin müşaviri vəzifələrində çalışıb.
Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2018-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni, 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.
Evlidir, 3 övladı var.
Xatırladaq ki, Q.Əhmədovdan əvvəl bu vəzifədə İsmayıl Axundov çalışırdı.