Meta şirkətinin rəhbəri Mark Zükerberq Romadakı Kolizeydə milyarder İlon Maskla dueldən çəkilib.
Qaynarinfo xəbər verir ki, bu barədə SpaceX rəhbərinin özü X sosial şəbəkəsində məlumat
verib.
"İtaliya nəzakətlə Kolizeyi təklif etdi. Zük imtina etdi", - Mask öz səhifəsində yazıb.
O, rəqibinə döyüşmək üçün başqa yer təklif etdiyini bildirib.
"Sonra mən onun evini "təhlükəsiz yer" kimi təklif etdim. "Təəssüf ki, o, səyahət edir" iş adamı bildirib.
Qeyd edək ki, iyun ayında İlon Mask Twitter-in rəqibi Threads-in işə salınması ilə bağlı mübahisədən sonra Mark Zükerberqi rinqə çağırıb.
"Meta” rəhbəri döyüşün avqustun 26-da keçirilməsini təklif edib. Mask döyüşdən əvvəl belindən əməliyyata ehtiyacı olduğunu deyərək cavab verib.
İyun ayında məlum olub ki, İtaliya hakimiyyəti Zükerberqlə Maskla Kolizeydə döyüşmək imkanını müzakirə edir. Daha sonra qədim abidə-muzeyin nümayəndəsi bildirib ki, Roma Kolizeyinin ərazisində SpaceX-in rəhbəri ilə "Meta”nın həmtəsisçisi arasında heç bir duel ola bilməz. Muzeydə yalnız xeyriyyə məqsədləri üçün vəsait toplamaq məqsədilə yüksək mədəni səviyyəli tədbirlər keçirilir. Və hər bir müraciət Arxeoloji Parkın rəhbərliyi tərəfindən diqqətlə qiymətləndirilir, abidənin qorunması və siyasi komponentin olmaması üçün onun uyğunluğunu yoxlayır. Eyni zamanda, İtaliya hakimiyyəti Mask və Zükerberqə Kolizeydə döyüşməyə icazə verib.
Nizami Bağırov