Xəbər lenti

Dolları olanlara şad xəbər - VİDEO
Ekonomiks14:45 25.02.2015

Dolları olanlara şad xəbər - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əmanətlərin sığortalanması fondunun sığortalanan əmanət faizini 9-dan 12-yə qaldırması ilə bağlı qərarı əhalinin bank sektoruna olan inamını bir qədər artıracaq.

ANS TV-nin məlumatına görə, mütəxəssilərin fikrincə, bu ilk növbədə bankların özünə faydalıdır. Çünki insanların çoxu son proseslərdən sonra təşvişə düşərək pullarını bankdan götürməyə başlamışdı. Banklar da hökumətin bu qərarını müsbət qiymətləndirir.

Sığortalanan əmanət faizinin artırılması əhalini sakitləşdirəcək.

Bank nümayəndəsi Tural Vəliyev bunun gözlənilən bir addım olduğunu deyir. Çünki, hazırkı vəziyyətdə vəsaitlərini banklarda saxlayan müştərilər təşvişə düşüblər. Bununla dövlət öz dəstəyini saxladığını və əhalini sakitləşdirdiyini bir daha sübut edir.

Qaynar.info