"Donald Tramp seçkilərdə qalib gəldikdən sonra dollar xeyli güclənib. ABŞ valyutası son 3-4 ayda dünyanın ən çox güclənən valyutalarında birinə çevrilib. Amma bu, Tramp administrasiyasını o qədər də qane etmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Natiq Cəfərli deyib.
Ekspert hesab edir ki, ümumiyyətlə, güclü və baha dollar Donald Tramp siyasətinə ziddir:
"Çünki Trampın əsas istəyi Amerika iqtisadiyyatını gücləndirmək, ixracat potensialını artırmaqdır. İxracat potensialının artması isə daha çox dolların digər valyutalara qarşı ucuzlaşmasından doğur. Yəni dollar indeksinin aşağı düşməsi gələcəkdə Amerikanın Avropaya, digər dünya ölkələrinə mal və məhsul ixracatını artıra bilər”.
Natiq Cəfərli bildirib ki, bir müddət Trampın gətirdiyi abı-hava ilə dollar möhkəmlənməkdə davam edəcək:
"Amma mənə elə gəlir ki, bu ilin ortalarından etibarən dünyada dollar indeksinin yavaş-yavaş aşağı düşməsinin şahidi ola bilərik”.
Bahar Rüstəmli
Şərhlər