Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Donbasda gecə saatlarında baş verən hadisələrdən narahat olub-olmaması ilə bağlı sualı cavablandırıb.
Qaynarinfo xəbər verir ki, bu haqda mk.ru-nun materialında deyilir.
- Donbassda vəziyyətin gərginləşdiyi bir vaxtda Vladimir Putin necə yatır? - jurnalistlər soruşub.
"Sakit", - Peskov cavab verib.
Lakin jurnalistlər sakitləşməyib və Peskovdan Rusiya liderinin mətbuat katibinin özünün bu şəraitdə necə yatdığını soruşublar.
Peskov deyib: "Çox sakit”. Bir qədər fasilədən sonra əlavə edib: "Ancaq həssas".
Peskov Donbasdakı eskalasiyanı təhlükəli adlandırıb və bunun Kremldə təşviş doğurduğunu qeyd edib.