Xəbər lenti

"Dostlarımdan on nəfərdən ikimiz qalmışıq" (VİDEO)
Ölkə23:36 03.01.2026

"Dostlarımdan on nəfərdən ikimiz qalmışıq" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baku TV paytaxtın Səbail rayonu, 20-ci Sahə yaşayış massivinin köhnə məhəllələrindən reportaj hazırlayıb.
Reportajda sakinlər yaşadıqları ərazi ilə bağlı təəssüratlarını bölüşüblər.
Şirəhməd Əfəndiyev bildirib ki, 75 ildir sözügedən yerdə yaşayır: "Burada doğulub böyümüşəm. Dostlarımdan on nəfərdən ikimiz qalmışıq. Ərazidə keçmişdən bu günə kimi çox dəyişikliklər baş verib. İndi burada stadion, yaxınlıqda çoxlu market var".
Digər bir sakin Məhbubə Əhmədova isə qeyd edib: "1980-ci ildən bəri burada yaşayıram. Məhəlləmi sevirəm, amma şərait olmadığı üçün köçmək istəyirəm".