Sloveniyada şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb.
Qaynarinfo xəbər verir ki, qitə birinciliyində şahmatçılarımızdan ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib. 11 turdan 8 xal toplayan şahmatçımız yekun sıralamada 3-8-ci yerləri bölüşüb. Digər təmsilçilərimizdən hərəyə 7,5 xal toplayan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-11-ci yerlərdə, Nicat Abasov isə 26-cı pillədə qərarlaşıb.
Yarışın qalibi 8,5 xalla almaniyalı Matias Blubaum olub.
Başa çatan çempionatın nəticələrinə əsasən ilk 20-likdə qərarlaşan şahmatçılar o cümlədən təmsilçilərimiz Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək dünya kubokuna vəsiqə qazanıb.
Səbuhi Həsənov