Xəbər lenti

Drezinlə minik avtomobili toqquşdu: xəsarət alanlar var
Ölkə08:22 04.07.2013

Drezinlə minik avtomobili toqquşdu: xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda drezinlə minik avtomobili toqquşub.

Məlumata görə, Yevlax rayonu, Kövər kəndində (rayon mərkəzindən 9 km aralı) “MPT-4” markalı drezin Bərdə-Yevlax istiqamətində hərəkət edərkən dəmiryol keçidində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili ilə toqquşub. Nəticədə, avtomobilin sürücüsü və sərnişini xəsarət alıblar. Xəsarət alanlar xəstəxanaya aparılıb. Drezinin yanacaq çənindən dəmiryol xəttinə dağılan yanacaq FHN-İN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən yuyulub. Əməliyyat saat 09:30-da başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Qaynar.info