Xəbər lenti

Drogba milli karyerasına son qoydu
İdman10:35 25.11.2014

Drogba milli karyerasına son qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Didye Droqba milli komanda karyerasına son qoyub. Qaynar.info xəbər verir ki, bu haqda məlumatı ulduz futbolçu "Twitter" səhifəsində yazıb.

Ötən mövsüm "Qalatasaray"ın formasını geyindikdən sonra keçmiş kulubu "Çelsi"yə qayıdan ulduz oyunçu Didye Droqba milli yığma  kariyerasına son qoyduğunu bildirib.

Ulduz oyunçu, "Twitter"dən yaydığı məlumatda bunları qeyd edib:"Böyük bir üzüntü ilə söyləyirəm ki, milli komanda kariyeramı sona çatdırdım. Geridə qalan 12 ildə bir çox hisslər yaşadım. Ölkəm üçün hər zaman ən yaxşısını etməyə çalışdım. 8 il ərzində bu komandanın kapitanı olduğum üçün çox xoşbəxtəm".

Xatrıladaq ki, 2014-cü ildə bir çox ulduz futbolçular İngiltərədən Steven Cerrard, Almaniyadan Filip Lam, Yunanıstanda Giorgos Karaqunes, Nigeryadan Josep və İspaniyadan Xavi Hernandez də milli formalarını qardiroblarından asıblar.

Xatirə İsmayılova

Qaynar.info