Dövlət Sosial Müdafiə Fondu (DSMF) fərdi sahibkar Həsənova Qaze Həsən qızı ilə 5 150 412 manatlıq satınalma müqavilə imzalayacaq.
Qaynarinfo xəbər verir ki, DSMF bu məbləğə qurumun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı və Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsi icarəyə götürəcək.
Açıq mənbələrdə Qaze Həsənova barəsində heç bir məlumat yoxdur.
Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan görünür ki, Qaze Həsənova DSMF-in ofis icarəsi ilə bağlı keçirdiyi tenderlərin qalibi olur. Qurum cari ilin əvvəlində də sahibkarla satınalma müqaviləsi imzalayıb.
Maliyyə dəyəri 1 287 735 manat olan müqavilədə qurumun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı və Maddi - Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsi icarəyə götürüləməsi nəzərdə turulur.
DSMF 2021-ci ilə Qaze Həsənova ilə 556 200 manatlıq, 2020-ci ildə isə 993 600 manatlıq satınalma müqaviləsi imzalayıb. Bu müqavilələr də ofis icarəsi ilə bağlı olub.
Seyid
Şərhlər