Ölkə 13:36 21.02.2023

DTX-dan əməliyyat: İŞİD-in mühasibi saxlanıldı

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İŞİD terror təşkilatının mühasibini saxlayıb.

"Trend”in məlumatına görə, uzun müddət müxtəlif ölkələrdə gizlənən İŞİD-in mühasibi DTX əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı genişmiqyaslı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.