Xəbər lenti

DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq
Ölkə08:47 22.10.2018

DTX-dan sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Təhlükəsizliyi Xidmətinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin "facebook” səhifəsində bildirilib.
Qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi www.dtx.gov.az səhifəsindəki DTX-nin rəsmi "facebook”, "twitter” və "youtube” hesablarına keçid işarə düymələrindən istifadə ilə, yaxud həmin rəsmi səhifə və kanallara abunə yazılmaqla məlumatları əldə etmək olar.